Rusiya-Ukrayna müharibəsi: Rusiyanın resursları azalır?
11 Mart 23:50
11 Mart 23:50
11 Mart 23:40
7 Noyabr 2025 16:39
2 051
Avropalı liderlər Türkiyənin Aİ-yə qoşulması məsələsində müsbət mesajlar verir.
APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Rumıniya xarici işlər naziri Oana Toiu ilə birgə mətbuat konfransında deyib.
Nazir Avropa İttifaqına üzvlük məsələsində vaxt itirmədən konkret nəticələrə nail olmağın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu, təkcə Türkiyənin deyil, həm də Avropa ölkələrinin maraqlarına xidmət edir:
“Avropanın təhlükəsizlik arxitekturası yenidən formalaşarkən, bu prosesin uzunmüddətli perspektivdə qiymətləndirilməsinin vacibliyini müdafiə etmişik. Bu kontekstdə, Türkiyənin Avropa daxili təhlükəsizlik fəaliyyət mexanizmlərində fəal iştirakı Avropanın təhlükəsizliyi baxımından kritik əhəmiyyət daşıyır. Avropa İttifaqı yaxın zamanda Qara dəniz strategiyasını açıqlayıb. Bu strategiyanın həyata keçirilməsində ölkəmizlə sıx əməkdaşlıq və koordinasiya şəraitində çalışan Rumıniyanın dəstəyinə inanırıq”.
11 Mart 23:04
658
11 Mart 21:55
924
11 Mart 21:54
938