BƏƏ-dən Sinqapura gedən neft tankeri istiqamətini qəfil İrana dəyişib Dünya

BƏƏ-dən Sinqapura gedən neft tankeri istiqamətini qəfil İrana dəyişib

Birləşmiş Ərəb Əmirliklərindən Sinqapura neft daşıyan Marşal Adaları bayraqlı tanker kəskin dönüş edərək qəfil İranın ərazi sularına tərəf istiqamətlənib.

APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın dənizdə təhlükəsizlik şirkəti “Ambrey” məlumat yayıb.

Məsələnin detalları açıqlanmayıb, lakin tankerin girov götürülməsi ilə bağlı məlumatlar yayılmağa başlayıb.