16:18
784
Rusiyanın keçmiş baş naziri Mixail Kasyanov terrorçular və ekstremistlər siyahısına daxil edilib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə "Rosfinmonitorinq"in saytında məlumat yerləşdirilib.
Bundan başqa, həmin siyahıya "Novaya Gazeta: Avropa"nın baş redaktoru Kirill Martınov və iqtisadçı Sergey Quryev də daxil edilib.
Qeyd edək ki, M.Kasyanov 2000-2004-cü illərdə Rusiya Hökümətinin sədri vəzifəsində çalışıb.