13:43
658.jpg)
Yaponiyanın Fukuoka prefekturası üzərində təkmühərrikli pərvaneli təyyarənin dağlıq əraziyə çırpılması nəticəsində 3 nəfər həlak olub.
Xalqcebhesi.az xəbər verir ki, yerli vaxtla saat 10:13 radələrində Saqa hava limanından havaya qalxan və Osakanın Yao hava limanına gedən Cirrus SR20 təkmühərrikli təyyarə naməlum səbəbdən saat 10:29 radələrində Fukuoka prefekturasının Yame şəhərində dağlıq əraziyə düşüb.
Bölgədəki hadisə şahidlərinin verdiyi məlumata görə, hadisə yerinə çoxlu sayda yanğınsöndürən, tibb qrupları və axtarış-xilasetmə qrupları sövq edilib və 3 nəfərin olduğu təyyarənin qalıqlarına çatmaq üçün axtarış əməliyyatı başlayıb.
Bildirilib ki, Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin müraciəti əsasında Yaponiya Özünümüdafiə Qüvvələrinə (SDF) aid U-125 tipli axtarış-xilasetmə təyyarəsi qəza yerinə göndərilib. Aparılan araşdırmalar nəticəsində 3 nəfərin huşsuz vəziyyətdə tapıldığı və daha sonra onların öldüyü təsdiqləndiyi açıqlanıb. Qəzanın baş vermə səbəblərinin müəyyən edilməsi üçün ətraflı araşdırmalara başlanılıb.
Məryəm Quliyeva