12:31
567
Banqladeş hakimiyyəti hazırda Hindistanda gizlənən keçmiş baş nazir Şeyx Hasinanın ekstradisiyası üçün bütün zəruri diplomatik və hüquqi tədbirləri görəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Daily Star” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatına görə, Xarici İşlər Nazirliyi yaxın vaxtlarda Hindistanın Xarici İşlər Nazirliyinə keçmiş baş nazirin vətəninə qaytarılması tələbi ilə bağlı əlavə nota göndərəcək. Beynəlxalq Cinayət Tribunalının Baş Prokurorluğu insanlığa qarşı cinayətlər və soyqırım cinayətlərinə görə qiyabi ölüm cəzasına məhkum edilmiş Şeyx Hasinanın və Banqladeşin keçmiş daxili işlər naziri Əsəduzzaman Xan Kamalın ekstradisiyası üçün İnterpoldan yardım istəyəcək.
Məryəm Quliyeva