13:22
868
Çexiyanın cənubunda qatarın toqquşması nəticəsində 57 nəfər xəsarət alıb.
Xalqcebhesi.az xəbər verir ki, “İrozhlas” xəbər portalı xilasedicilərə istinadən yenilənmiş məlumat yayıb.
15 nəfər isə orta-ağır bədən xəsarətləri alıb. Daha əvvəl xəbər verildiyi kimi, ağır yaralanan 5 nəfər xəstəxanalara çatdırılıb. Qalan qurbanlar yüngül bədən xəsarətləri alıblar.
Cənubi Bohemiyanın ən böyük şəhəri Çeske Budejovice yaxınlığında Zliv şəhərləri ilə Divçiçe kəndi arasındakı dəmir yolu xəttində iki sərnişin qatarı toqquşub. Oradakı qatar xidməti dayandırılıb. Polis qəzanın səbəbini araşdırır.
Məryəm Quliyeva