Polşa Belarusdan təxribatda şübhəli bilinən ukraynalıların ekstradisiyasını tələb edib Dünya

Polşa Belarusdan təxribatda şübhəli bilinən ukraynalıların ekstradisiyasını tələb edib

Polşa Belarusun Polşadakı müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağıraraq ona dəmir yolunda təxribat hadisələrində şübhəli bilinən iki Ukrayna vətəndaşının ekstradisiyasına dair nota təqdim edib.

Bu barədə “RBK-Ukrayna” Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Matsyey Vevyura istinadən məlumat yayıb.

Vevyurun sözlərinə görə, notada “Mika və Golombe hadisələri ilə bağlı Rusiya xüsusi xidmət orqanlarının sorğusuna əsasən terror xarakterli cinayətlər törətməkdə şübhəli bilinən iki Ukrayna vətəndaşının təhvil verilməsi” tələbi yer alıb.

XİN sözçüsü həmçinin əlavə edib ki, Rusiyanın Qdanskdakı Baş Konsulluğu 23 dekabr gecə yarısınadək bağlanmalıdır və konsulluq əməkdaşları həmin vaxta qədər Polşa ərazisini tərk etməlidirlər.