Pentaqon Ukraynaya mineral istehsalı üçün ayrılan 30 milyon dolları başqa yerə yönəldib Dünya

Pentaqon Ukraynaya mineral istehsalı üçün ayrılan 30 milyon dolları başqa yerə yönəldib

ABŞ əvvəllər Ukraynaya vacib minerallar olan qallium və skandiumun tədarükünün inkişafına kömək üçün ayrılmış təxminən 30 milyon dolları başqa yerə yönəldib.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmi saytında dərc olunmuş açıqlamada bildirilib.

Bəyanatda qeyd olunur ki, "ABŞ Müdafiə Nazirliyi bu gün Müdafiə İstehsalı Qanunu (DPA) çərçivəsində “ElementUS Minerals” MMC şirkətinə 29,9 milyon dollarlıq qrant verildiyini elan edib.

Bəyanatda investisiyanın 2022-ci il Ukrayna Əlavə Səlahiyyət Qanunu çərçivəsində ayrılan vəsaitlərdən istifadə etdiyi vurğulanıb.

Sənəddə qeyd olunur ki, müqavilənin bir hissəsi olaraq şirkət Texasdakı müəssisəsində dizayn işləri aparacaq.