
Pakistanda fabrikdə partlayış olub, ölənlər var.
APA “Geo TV”yə istinadən xəbər verir ki, Faysalabadda güclü partlayışda ölənlərin sayı 15-ə yüksəlib.
Partlayış nəticəsində ən azı yeddi nəfər yerli xəstəxanalarda müalicə olunur.
Dağıntılar altında qalanların olduğu bildirilir.