23 Noyabr 2025 11:17
2 100
Havay adalarında Kilauea vulkanı yenidən püskürüb.
Bu haqda ABŞ Geologiya Xidməti məlumat yayıb.
Hələlik vulkandan axan lavalar yaşayış məntəqələrini təhdid etmir.
Kilauea Havay adalarında yerləşən və dünyanın ən aktiv vulkanlarından biri sayılır. Bundan əvvəl vulkan bu il avqustun 24-də püskürüb.
2024-cü ilin dekabrından indiyədək 35 püskürmə qeydə alınıb.