24 Noyabr 2025 11:29
1 589
Hizbullah, hərbi qanadının lideri Heysəm Əli Təbatəbainin Beyrutun cənubunda İsrail ordusunun hücumu nəticəsində öldürüldüyünü açıqladı.
Xalqcebhesi.az xəbər verir ki, Hizbullah verdiyi açıqlamada Beyrutun cənubundakı Dahiya bölgəsinə İsrail ordusunun hücumu nəticəsində Heysəm Əli Təbatəbainin öldürüldüyünü açıqlayıb.
Bəyanatda qeyd olunur ki, Təbatəbai uzun illər təşkilatın hərbi strukturunda mühüm vəzifələr tutub və "torpağın və xalqının müdafiəsi ilə yanaşı, həyatını müqavimətə həsr edib".
Hücum nəticəsində təşkilat üzvləri Mustafa Esad Berro, Rıfat Əhməd Hüseyn, Kasım Hüseyn Bercavi və İbrahim Əli Hüseynin də həyatını itirdiyi bildirilib.
Livanın Səhiyyə Nazirliyi, İsrailin Beyrutun Dahiye bölgəsinə təşkil etdiyi hücumda 5 nəfərin öldüyünü, 28 nəfərin yaralandığını açıqlayıb.
Məryəm Quliyeva