Yaponiyada ardıcıl zəlzələlər baş verib
25 Noyabr 14:38
25 Noyabr 14:38
25 Noyabr 14:23
25 Noyabr 13:19
25 Noyabr 11:28
11:15
196
Ermənistanın sabiq müdafiə naziri David Tonoyan parlamentin 44 günlük müharibə ilə bağlı komissiyasının hesabatına çıxış əldə etmək üçün yenidən müraciət edib.
APA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Yayılan bəyanatda Tonoyan xatırladıb ki, o, daha əvvəl – 15 iyul və 28 oktyabr tarixlərində Ermənistan parlamentinin spikerinə oxşar müraciətlər göndərib. Bununla belə, 13 noyabrda parlament administrasiyası onu hesabatın “hüquqi statusa malik olmadığı” barədə məlumatlandırıb və parlamentin Nizamnaməsinə əsasən, müraciətin təmin edilə bilməyəcəyini bildirib.
Komissiya 2022-ci ilin fevralında hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının təşəbbüsü ilə yaradılıb. İş prosesi çərçivəsində həm müharibədən əvvəl, həm də 2020-ci il müharibəsi zamanı ölkənin müdafiə və xarici siyasətinə cavabdeh olan rəsmilər, o cümlədən Baş nazir Nikol Paşinyanın və həbsxanadan gətirilən sabiq müdafiə naziri David Tonoyanın fikirləri dinlənilib.