İsrail Qərb Sahilinin şimalında genişmiqyaslı əməliyyata başlayıb Dünya

İsrail Qərb Sahilinin şimalında genişmiqyaslı əməliyyata başlayıb

İsrail Müdafiə Qüvvələri (İMQ) Qərb Sahilinin şimalında genişmiqyaslı antiterror əməliyyatına başladığını elan edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail ordusunun “Telegram” kanalı məlumat yayıb.

Bəyanatda deyilir: "Çərşənbə axşamı İMQ, Sərhəd Polisi və Baş Təhlükəsizlik Xidməti Şimali Samariyada (İsrail tərəfindən Qərb Sahilinin şimalı üçün təyin olunmuş) genişmiqyaslı antiterror əməliyyatına başlayıb".
İsrail təhlükəsizlik qüvvələri “terrorun bölgədə kök salmasına imkan verməyəcək” və “terrorun qarşısını almaq üçün fəal tədbirlər görür”, - deyə İsrail Müdafiə Nazirliyinin mətbuat katibi əlavə edib.

Məryəm Quliyeva