NATO Baş katibi: Ukraynaya ilin sonuna qədər 5 milyard dollar dəyərində silah veriləcək Dünya

NATO Baş katibi: Ukraynaya ilin sonuna qədər 5 milyard dollar dəyərində silah veriləcək

Ukraynaya ilin sonuna qədər müttəfiqlər tərəfindən “PURL” dəstək proqramı çərçivəsində 5 milyard dollar dəyərində hərbi yardım göstəriləcək.

APA xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte İspaniyanın “El Pais” qəzetinə müsahibəsində bildirib.

“Ukraynaya son dərəcə vacib avadanlıqlar tədarük olunur. Avropa ölkələri son bir neçə il ərzində əhəmiyyətli töhfələr ediblər, amma yalnız ABŞ tərəfindən təmin edilə biləcək müəyyən imkanlar var. Prezident Tramp Amerikanın silahlarını Kanada və Avropa müttəfiqlərinin maliyyə dəstəyi ilə təmin etməyə razılıq verib”, — Rutte qeyd edib.

Onun sözlərinə görə, Ukraynaya hər ay təxminən 1 milyard dollar dəyərində silah çatdırılır.