Çində qatar relsdəki işçiləri vurub: 11 nəfər ölüb Dünya

Çində qatar relsdəki işçiləri vurub: 11 nəfər ölüb

Çinin Yunnan əyalətində sınaq qatarı relslərdə çalışan işçiləri vurub. Qəzada 11 nəfər ölüb.

Xalqcebhesi.az xəbər verir ki, Çinin cənubundakı Yunnan əyalətinin mərkəzi şəhəri Kunminq rəsmiləri, Luoyang Dəmiryol Stansiyasında seysmik avadanlığın sınağı zamanı qatarın relslərdə işləyən fəhlələri vurduğunu bildirdi.

Hadisə nəticəsində 11 dəmir yolu işçisinin öldüyü, 2 nəfərin isə yaralandığı bildirilir.

Məryəm Quliyeva