27 Noyabr 2025 10:59
1 883
Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti keçirilir.
Sammit məhdud tərkibdə başlayıb.
Sammitdə Qırğızıstan Prezidenti Sadır Japarovla yanaşı Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Tacikistan Prezidenti Emoməli Rahmon iştirak edirlər.
İclas iştirakçıları əməliyyat və döyüş hazırlığı, böhrana qarşı sisteminin təkmilləşdirilməsi, KTMT-nin informasiya və analitik fəaliyyəti sahəsində birgə tədbirləri müzakirə edəcəklər.
Ermənistan sammitdə iştirak etmir.