Roma Papası Türkiyəyə gəldi Dünya

Roma Papası Türkiyəyə gəldi

Roma Papası XIV Leo Türkiyəyə səfərə gəlib.

Bu barədə Türkiyə KİV məlumat yayıb.

Ankarada papanın rəsmi qarşılanma mərasimi keçiriləcək, bundan sonra Prezident Rəcəb Tayyib Ərdoğanla görüş olacaq.

XIV Leo Ankaradakı təmaslarından sonra İstanbula gedəcək.

Qeyd edək ki, bu, XIV Leonun papa seçildikdən sonra xarici ilk səfəridir.