Fitso: Ukrayna müharibədə uduzur və Aİ vəsaitləri hərbi xərclərə yox, bərpaya yönəlməlidir Dünya

Fitso: Ukrayna müharibədə uduzur və Aİ vəsaitləri hərbi xərclərə yox, bərpaya yönəlməlidir

Slovakiyanın Baş naziri Robert Fitso hesab edir ki, Ukrayna müharibədə uduzur və Avropa İttifaqı artıq Kiyevin hərbi xərclərini öz vəsaiti ilə qarşılamaq istəmir.
O, bunu parlamentdə deputatların suallarına cavab verərkən bildirib. Baş nazirin çıxışının mətni parlamentin saytında dərc edilib.

“Aİ-yə üzv dövlətlərin əhəmiyyətli hissəsi hesab edir ki, son vaxtlar Ukraynada baş verən korrupsiya qalmaqallarına baxmayaraq, vəsait göndərilməyə davam etməlidir”, - Fitso vurğulayıb.

Baş nazir əlavə edib ki, bir sıra Avropa ölkələrində Kiyevə olan etimad məhz bu korrupsiya qalmaqallarına görə azalır.