27 Noyabr 22:39
27 Noyabr 21:12
27 Noyabr 20:55
10:15
287
Honq Konqda yerləşən yaşayış kompleksində 94 nəfərin həyatına son qoyan yanğın noyabrın 28-də səhər saatlarında tam söndürülüb.
APA-nın məlumatına görə, bu barədə Honq Konq Xüsusi İnzibati Regionunun (HKSAR) Yanğın Xidmətləri Departamenti açıqlama yayıb.
Qurum bildirib ki, genişmiqyaslı xilasetmə əməliyyatları davam edir və heç bir şəxsin mənzillərdə qalmadığına tam əmin olmaq üçün bütün yaşayış bloklarında axtarışlar aparılır.
Qeyd edək ki, noyabrın 26-da günorta saatlarında dünyanın ən sıx məskunlaşan və ən çox hündür binaların yerləşdiyi şəhərlərdən olan Honq Konqun Tay Po rayonundakı səkkiz binadan və təxminən 2 min mənzildən ibarət yaşayış kompleksində güclü yanğın baş verib.
Yanğının binaların üzlüyünün yenilənməsi üçün istifadə olunan bambuk ayaqaltılarında başladığı və güclü küləyin təsiri ilə sürətlə yayıldığı bildirilir.
Son məlumata görə, yanğın nəticəsində 94 nəfər ölüb, yüzlərlə yaralı var, 250-dən artıq insan itkin düşüb.