Şri-Lankada "Ditva" qasırğası azı 56 nəfərin həyatına son qoyub Dünya

Şri-Lankada "Ditva" qasırğası azı 56 nəfərin həyatına son qoyub

Şri-Lankanı vuran “Ditva” tropik siklonu azı 56 nəfərin həyatına son qoyub, 20-dən çox adam isə itkin düşüb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Daily Mirror” qəzeti Milli Fəlakətlərin İdarə Edilməsi Mərkəzinə (DMC) istinadən məlumat yayıb.

Onun sözlərinə görə, pis hava şəraiti bütün ada dövlətində normal həyatı pozub. Bir sıra rayonlarda gündəlik yağıntının miqdarı 300 mm-i ötüb. 44 mindən çox sakin siklonun yaratdığı leysan yağışları, sel və torpaq sürüşmələrindən zərər çəkib. Səlahiyyətlilər əhalini zərər çəkmiş ərazilərdən təxliyə edir. İnsanları xilas etmək üçün 20 mindən çox hərbi qulluqçu səfərbər edilib.

Şri-Lanka prezidenti Anura Kumara Dissanayake ölkədə fövqəladə vəziyyətlə əlaqədar çətinliklə üzləşən xarici turistlərə köməklik göstərilməsi üçün Turizm İdarəsinə lazımi tədbirlərin görülməsi barədə göstəriş verib.

Məryəm Quliyeva