Qara dənizdə Rusiyaya məxsus gəmidə partlayış olub Dünya

Qara dənizdə Rusiyaya məxsus gəmidə partlayış olub

Qara dənizdə Rusiyaya məxsus bir gəmidə partlayış baş verib.

APA-nın Türkiyə bürosu yerli mətbuata istinadən xəbər verir ki, İstanbul boğazının girişinə yaxın bir mövqedə, Qara dəniz sularında səfərdə olan “KAIROS” adlı xam neft tankerində güclü partlayış olub.

Partlayışdan sonra sözügedən tankerdə yanğın başlayıb. Hazırda tankerdəki 25 nəfərlik heyətin xilas edilməsi istiqamətində işlər davam etdirilir.

Hadisənin Kocaeli vilayəti yaxınlığında baş verdiyi bildirilir. Kocaeli valiliyi hadisə yerinə aidiyyəti qurumların əməkdaşlarının cəlv edildiyini və lazımi müdaxilələrin davam etdiyini açıqlayıb.