28 Noyabr 23:42
28 Noyabr 23:32
28 Noyabr 23:21
10:04
504
Latviya hökuməti Latviya-Belarus sərhədində gücləndirilmiş sərhəd nəzarətini daha altı ay, 2026-cı il iyunun 30-dək uzadacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Delfi portalı qərar layihəsinə istinadən məlumat yayıb.
Belarusla sərhəddə gücləndirilmiş nəzarət tədbirləri dekabrın 31-nə qədər qüvvədə olacaq. Baltikyanı respublikanın Daxili İşlər Nazirliyi iddia edir ki, “qeyri-qanuni mühacirətin təzyiqi sabit olaraq qalır və yüksək səviyyədə qalır”.
Nazirliyin məlumatına görə, 2025-ci ildə Latviya sərhədçiləri sərhədi qanunsuz keçmək üçün 11.800-dən çox cəhdin qarşısını alıblar.
Məryəm Quliyeva