11:03
504
İndoneziyada daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 500-ü keçib.
APA İndoneziyanın Təbii Fəlakətlər üzrə Milli Agentliyinə istinadən xəbər verir ki, indiyə qədər ümumilikdə 502 nəfərin ölümü təsdiqlənib, 508 nəfər isə itkin düşmüş hesab olunur.
Qeyd edək ki, son vaxtlar İndoneziya, Tailand, Malayziya və Şri Lankada daşqınlar baş verir.
Ümumilikdə, bu ölkələrdə insan tələfatı 1000 nəfəri keçib və bu rəqəmin artacağı gözlənilir.
Şri Lankada ümumilikdə 1 milyon insan daşqınlardan ziyan görüb.