Moskvada yaşayış binasının həyətində avtomobil partlayıb Dünya

Moskvada yaşayış binasının həyətində avtomobil partlayıb

Rusiya paytaxtında yaşayış binasının həyətində avtomobil partlayıb və alovlanıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, hadisə Yeni Moskvanın Radujnaya küçəsində baş verib.

Hələlik partlayışın səbəbi və yaralıların olub-olmadığı məlum deyil.

Təcili yardım xidmətləri hadisə yerində işləyir.