Kallas Rusiya ordusunun həcmi barədə fikirlərinə aydınlıq gətirib Dünya

Kallas Rusiya ordusunun həcmi barədə fikirlərinə aydınlıq gətirib

Ukrayna ordusuna məhdudiyyət qoyulacaqsa, Rusiya ordusuna da məhdudiyyət qoyulmalıdır.

APA xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas jurnalistlərə açıqlamasında deyib.

“Bizim suveren ölkələrin işinə qarışıb onların ordularının miqyası barədə qərar vermək niyyətimiz yoxdur. Amma, heç bir ərazini işğal etməyən Ukrayna ordusuna məhdudiyyət qoyulacaqsa, Rusiya ordusuna da təzyiq göstəilməlidir. Çünki, Rusiya ordusu təhdiddir. Sadəcə Avropa ölkələrinə yox, Rusiya ordusu bütün qonşu ölkələrə təhlükədir. Son 100 ildə Rusiya 19 ölkəni işğal edib” Kallas bildirib.

Qeyd edək ki, Kaya Kallas ötən həftə Rusiya ordusuna məhdudiyyətlər qoyulması ideyasını irəli sürmüşdü.

ABŞ-ın təklif etdiyi sülh razılaşmasında Ukrayna ordusunun şəxsi heyətinin sayına məhdudiyyətlər nəzərdə tutulur.