Rusiyada hər 100 vətəndaşdan birinin İİV-ə yoluxduğu məlum olub Dünya

Rusiyada hər 100 vətəndaşdan birinin İİV-ə yoluxduğu məlum olub

“Rusiyada hazırda 1 250 000 insan İİV-ə yoluxub ki, bu da əhalinin 1%-dən çoxunu təşkil edir. Bu, ölkədə hər 100 vətəndaşdan birinin yoluxduğunu göstərir”.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının akademiki və Rospotrebnadzorun Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun QİÇS-in qarşısının alınması və nəzarəti üzrə ixtisaslaşmış tədqiqat şöbəsinin müdiri Vadim Pokrovski bildirib.

Onun sözlərinə görə, hazırda Rusiyada təxminən 1 250 000 İİV-ə yoluxmuş insan var. Bunlar, infeksiyanın etibarlı göstəricisi hesab edilən HİV antikorları aşkarlanmış insanlardır: “Yoluxma riski çox yüksəkdir. Ölkəmizdə yalnız 15-50 yaş arası yetkin insanları nəzərə alsaq, bu, 1%-dən çoxdur. Bu o deməkdir ki, ölkədə hər 100 nəfərdən biri yoluxub. Əgər konkret yaş qruplarını, məsələn, 40-45 yaş arası kişiləri nəzərə alsaq, bu rəqəm 4%-dir. Bu o deməkdir ki, hər 25 kişidən biri yoluxub”, - o mətbuat konfransında bildirib.

Akademik İİV-lə bağlı vəziyyətin təkcə Rusiyada deyil, bütün dünyada çox ciddi olduğunu vurğulayıb.