Litvanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırılıb Dünya

Litvanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırılıb

Bu gün Litvanın müvəqqəti işlər vəkili Erikas Vilkanetsas Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.

APA xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb

Müvəqqəti işlər vəkilinə Litva ərazisindən uçan pilotsuz uçuş aparatının Belarus sərhədini pozması ilə bağlı etiraz bildirilib.

Məlumata görə, Litvadan uçan mənşəyi naməlum olan təyyarə tipli pilotsuz uçuş aparatı Belarusun Qrodno şəhərində qəzaya uğrayıb.