Moskvada gün ərzində ikinci avtomobil partlayıb Dünya

Moskvada gün ərzində ikinci avtomobil partlayıb

Moskvada gün ərzində ikinci avtomobil partlayıb.

APA-nın Rusiya bürosu yerli teleqram kanallarına istinadən xəbər verir ki, təxminən yarım saat əvvəl Moskvanın Vernadski prospektində “Kia” markalı avtomobil partlayıb.

İlkin səbəbin qaz balonunun partlaması olduğu ehtimal olunur. Hazırda təcili yardım xidmətləri hadisə yerindədir. Xəsarət alanın olmadığı bildirilib.

Qeyd edək ki, bu gün Yeni Moskvanın Radujnaya küçəsində Land Cruiser avtomobili yaşayış binasının həyətində partlayıb. Bu insident zamanı da heç kəs xəsarət almayıb.