Peskov: Putin-Vitkoff görüşünün beş saatdan sonra başlaması planlaşdırılır Dünya

Peskov: Putin-Vitkoff görüşünün beş saatdan sonra başlaması planlaşdırılır

ABŞ prezidenti Vladimir Putinlə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff arasında Moskvada keçiriləcək görüş təxminən beş saat sonra başlayacaq.

Xalqcebhesi.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Nyu-Dehlidə keçirilən Rusiya-Hindistan sammiti öncəsi Hindistan KİV-ləri üçün keçirdiyi brifinqdə deyib.

"Cənab Vitkoff Moskvada olacaq; o, bizim baş müzakirəçimizdir və prezidentimizlə görüşəcək. Bundan əvvəl onlar Ukrayna tərəfi ilə bir neçə həftə çox intensiv iş aparıb, tutaq ki, [ABŞ prezidenti Donald] Trampın həll planının bir versiyasını hazırlayırdılar", - Peskov görüşün "təxminən beş saatdan sonra" başlayacağını bildirib.

Məryəm Quliyeva