Dron hücumu Rusiyanın Tambov vilayətində yerləşən neft anbarında yanğına səbəb olub Dünya

Dron hücumu Rusiyanın Tambov vilayətində yerləşən neft anbarında yanğına səbəb olub

Dron hücumu nəticəsində Rusiyanın Tambov vilayətində yerləşən neft anbarında gecə saatlarında yanğın başlayıb.

Bu barədə vilayət qubernatorunun ofisindən məlumat verilib.

Təcili yardım xidmətləri və hüquq-mühafizə orqanlarının hadisə yerində işlədiyi bildirilib.

Hücuma məruz qalan neft anbarı, eləcə də hadisənin təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, 3 dekabr gecəsi Tambov hava limanı uçuşları təxminən altı saat müddətinə müvəqqəti olaraq məhdudlaşdırıb. 2 dekabr axşamı bölgədə dron xəbərdarlığı edilib.