Gürcüstan Prezidenti: Rusiya ilə əlaqəmizi təsdiqləyən fakt yoxdur Dünya

Gürcüstan Prezidenti: Rusiya ilə əlaqəmizi təsdiqləyən fakt yoxdur

“Rusiya hökuməti ilə hər hansı bir əlaqəmizin olduğunu təsdiqləyən heç bir fakt yoxdur”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili “Deutsche Welle” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Gürcüstanın siyasəti milli maraqlara əsaslanır.

“Bütün dünya Rusiyanı dayandırmağa çalışır. Sizcə, Rusiya ilə münasibətlərimiz aqressiv olarsa, ərazilərimizi necə qaytara biləcəyik? Ərazilərimizi geri almağın başqa yolu varmı? Biz nə NATO-nun, nə də Avropa İttifaqının üzvüyük. Hökumətimizin siyasəti praqmatik, balanslı və real modellərə əsaslanıb”, - Kavelaşvili əlavə edib.