“Avropa-Rusiya qarşıdurması qaçılmaz görünür”
2 Dekabr 21:02
2 Dekabr 21:02
2 Dekabr 20:44
2 Dekabr 20:30
12:12
364
Bu gün Avropa Komissiyası dondurulmuş Rusiya aktivlərinin Ukraynanın xeyrinə istifadəsi mexanizmi ilə bağlı rəsmi təklifini təqdim edəcək.
APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidmətindən “Evropeyskaya pravda”ya məlumat verilib.
Məlumata görə, Avropa Komissiyasının Kollegiya iclasından sonra Prezident Ursula von der Leyen və vitse-prezident Valdis Dombrovskis Ukraynanın 2026-2027-ci illərdə maliyyə ehtiyaclarının ödənilməsi ilə bağlı mətbuat konfransı keçirəcəklər.
Bir neçə Avropa ölkələrinin xarici işlər nazirləri jurnalistlərə verdikləri açıqlamada bu təklifi səbirsizliklə gözlədiklərini bildiriblər və bunun “oyunu dəyişdirən” bir təşəbbüs ola biləcəyini istisna etməyiblər.
Həmçinin bildirilir ki, Avropa ölkələri, Rusiya aktivlərinin istifadəsi barədə razılığa gələ bilmədikləri halda, Ukraynaya 2026-cı ilin əvvəlində maliyyələşdirmə təmin etmək üçün alternativ plan üzərində işləyirlər.