İsrail ordusu: Rafah keçid məntəqəsi yaxın günlərdə açılacaq Dünya

İsrail ordusu: Rafah keçid məntəqəsi yaxın günlərdə açılacaq

Rafah keçid məntəqəsi yaxın günlərdə Qəzza sakinlərinin Misir ərazisinə keçidinə imkan verəcək.

APA “Reuters“ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin humanitar yardım axınlarını nəzarətdə saxlayan bölməsi - COGAT məlumat yayıb.

COGAT-ın açıqlamasında qeyd olunur ki, bu təşəbbüs İsrail tərəfindən təhlükəsizlik baxımından təsdiqlənib və Misirlə koordinasiya ediləcək.

Keçidin fəaliyyəti Avropa İttifaqı missiyasının nəzarəti altında aparılacaq.

Hazırkı plan yalnız insan hərəkəti üçün nəzərdə tutulur və humanitar yardım və ya yük daşımaları ilə bağlı xüsusi zəmanət verilmir. COGAT həmçinin bildirib ki, keçid prosedurları ilə bağlı ətraflı məlumat yaxın günlərdə açıqlanacaq.

Bu addım Qəzza sakinlərinin Misirə təhlükəsiz çıxışının təmin olunması və humanitar vəziyyətin yüngülləşdirilməsi məqsədi daşıyır.