İndoneziyada daşqın nəticəsində ölənlərin sayı 800-ü ötüb Dünya

İndoneziyada daşqın nəticəsində ölənlərin sayı 800-ü ötüb

İndoneziyanın Sumatra adasında daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 811-ə çatıb, daha 623 nəfər isə hələ də itkin düşmüş hesab olunur.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İndoneziya hakimiyyət orqanlarının məlumatlarına istinadən "Sinxua" agentliyi məlumat yayıb.

Daha əvvəl ölənlərin sayının 700 nəfəri keçdiyi bildirilirdi.

İndoneziyanın Milli Axtarış və Xilasetmə Agentliyi təbii fəlakətin bir həftədən artıqdır ki, bölgəyə yağan leysan yağışları nəticəsində baş verdiyini açıqlayıb. Sel suları yaşayış binalarına, yollara və infrastruktura ziyan vurub və xilasedicilərin ən çox zərər çəkmiş ərazilərə çatmasına mane olub.

Məryəm Quliyeva