08:19
455
Bir qrup amerikalı senator Prezident Donald Tramp administrasiyasına Venesuelaya qarşı Konqresin icazəsi olmadan hərbi güc tətbiq etməməyi tələb edən qətnamə təqdim edib.
APA xəbər verir ki, bu barədə Virciniyadan demokrat senator Tim Keyn məlumat yayıb.
Sənəd Tim Keyn, Kentukkidən respublikaçı Rand Pol, Kaliforniyadan demokrat Adam Şiff və Senatdakı demokrat azlığın lideri Çak Şumer tərəfindən hazırlanıb.
Qətnamənin məqsədi ABŞ Silahlı Qüvvələrinin Konqresin razılığı olmadan “Venesuela ərazisində və ya ona qarşı hərbi əməliyyatlarda iştirakının qarşısını almaqdır”.