Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumuna dəymiş ziyanı qiymətləndirir Dünya

Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumuna dəymiş ziyanı qiymətləndirir

Qazaxıstan hökuməti hazırda Xəzər Boru Kəməri Konsorsiumuna (CPC) edilən hücumdan dəymiş ziyanı qiymətləndirir.

Bu barədə “Kazinform” energetika nazirinin müavini Erlan Akbarova istinadən məlumat yayıb.

Nazir müavini bildirib ki, Novorossiyskdə CPC obyektinə hücumdan sonra neftin nəqli adi rejimdə davam edir.

“Bir körpü tam şəkildə işləyir, ikinci körpünün sistemə qoşulması üçün işlər aparılır. Hazırda nəql prosesində heç bir məhdudiyyət yoxdur”, – o qeyd dib.

Akbarovun sözlərinə görə, hökumət zədələnmiş uzaqdan idarə olunan yanalma qurğusuna dəyən ziyanı qiymətləndirir.

“Ukrayna tərəfi ilə qarşılıqlı əlaqə məsələləri XİN-in səlahiyyətinə daxildir”, - Akbarov əlavə edib.

Qeyd edək ki, 29 noyabrda Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) Dəniz Terminalının akvatoriyasına pilotsuz qayıqlarla hücumedilib.