ABŞ G20 sammitinə Polşanı dəvət edib, CAR kənarda qalıb Dünya

ABŞ G20 sammitinə Polşanı dəvət edib, CAR kənarda qalıb

ABŞ-ın G20 Liderləri Sammitinin ev sahibi kimi elan etdiyi “Yeni G20” planlarında Polşa yeni üzv olaraq qəbul olunub. Bu ilin G20 Liderlər Sammitinə ev sahibliyi edəcək Cənubi Afrika Respublikası isə tədbirdən kənarda qalıb.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio özünün “X” səhifəsində bildirib.

“Amerika Birləşmiş Ştatları yeni G20 ilə irəliləyir. Cənubi Afrika qisas, parçalanma və radikal gündəmlərlə fəaliyyət göstərdi və bu, iqtisadi artıma səbəb olmadı. Amerikanın G20-si innovasiya, sahibkarlıq və qətiyyətlə bizi irəli aparacaq, Amerika üçün böyük uğur yaradacaq və dünyaya rifah xəritəsi təqdim edəcək. Biz Mayamidə yol göstərməyə hazırıq”, - Rubio bildirib.

Qeyd edək ki, ABŞ 2026-cı ilin dekabrında Florida ştatının Mayami şəhərində keçiriləcək G20 Liderləri Sammitinə ev sahibliyi edəcək.