Ermənistanda daha bir arxiyepiskop tutulub Dünya

Ermənistanda daha bir arxiyepiskop tutulub

Ermənistan Milli Təhlükəsizlik Xidməti arxiyepiskop Arşak Xaçatryanı saxlayıb.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

İstintaq Komitəsi arxiyepiskop Arşak Xaçatryanın narkotiklərin qanunsuz dövriyyəsi maddəsi ilə saxlanıldığını açıqlayıb.

Qeyd edək ki, Eçmiədzinin kargüzarlıq idarəsinin rəhbəri Xaçaturyan bazar ertəsi keçirdiyi mətbuat konfransında MTX-nin nümayəndələri ilə bir neçə dəfə qeyri-rəsmi görüş keçirdiyini bildirib.