Rusiya beynəlxalq pul köçürmələri ilə bağlı məhdudiyyətləri aradan qaldırır Dünya

Rusiya beynəlxalq pul köçürmələri ilə bağlı məhdudiyyətləri aradan qaldırır

Rusiya Mərkəzi Bankı dekabrın 8-dən etibarən Rusiya və dost ölkələrin vətəndaşları üçün beynəlxalq pul köçürmələrinə qoyulan məhdudiyyətləri aradan qaldıracaq.

APA-nın Moskva müxbirinin məlumatına ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.

Bildirilib ki, valyuta bazarındakı sabit vəziyyəti nəzərə alaraq, Rusiya Bankı Rusiya vətəndaşları və dost ölkələrdən olan qeyri-rezident şəxslər üçün əvvəllər müəyyən edilmiş xarici valyuta köçürmələrinə qoyulan məhdudiyyətləri 8 dekabr tarixindən etibarən aradan qaldıracaq.

Mövcud məhdudiyyətlər 8 dekabr 2025-ci ildən 7 iyun 2026-cı ilə qədər qüvvədə qalacaq.

"Dost olmayan ölkələrin bankları, ödəyici və alıcı hesabları xarici banklarda açıldığı təqdirdə, Rusiya kredit təşkilatlarında açılmış müxbir hesablarından istifadə edərək rublla vəsait köçürə bilərlər", - Mərkəzi Bankın məlumatında qeyd olunub.