Kadırov Ukraynanı hədələyib Dünya

Kadırov Ukraynanı hədələyib

Ukrayna Rusiyanın mülki hədəflərinə edilən hücumlara görə çox yüksək qiymət ödəyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün Telegram-kanalında məlumat verib.

Rəsminin sözlərinə görə, Rusiya hərbi qüvvələri son günlər Ukraynanın strateji əhəmiyyətli obyektlərinə, o cümlədən respublikanın silahlı qüvvələrinin istifadə etdiyi yanacaq-energetika kompleksi bazalarına irimiqyaslı zərbələr endirib. Çeçenistan rəhbəri bunu "geniş miqyaslı qisas əməliyyatı" adlandırıb.
Kadırov yazıb ki, bu gün əminliklə demək olar ki, Ukrayna Rusiyanın mülki hədəflərinə qarşı mənasız terror aktlarının əvəzini artıq çox yüksək ödəyib. O, aydınlaşdırıb ki, respublika heç vaxt son iki gündə olduğu kimi kütləvi, uzunmüddətli hava zərbələri ilə qarşılaşmayıb.
Eyni zamanda, rəsmi vurğulayıb ki, “cavab əməliyyatı hələ tamamlanmayıb”.

Məryəm Quliyeva