Böyük Britaniyanın ticarət elçisinin Azərbaycana səfəri başlayıb
AMB: Növbəti il üzrə inflyasiya proqnozu azalma istiqamətində dəyişdirilə bilər
Elektron xidmətlərin təşkili və qiymətləndirmə qaydası müəyyənləşib
Vətəndaşlar istifadə edəcəkləri liftin vəziyyəti ilə bağlı elektron məlumat əldə edəcəklər
10:54
490
Boliviya və İsrail Qəzza zolağındakı vəziyyət fonunda əvvəllər kəsilmiş diplomatik münasibətləri bərpa edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə dekabrın 9-da Boliviya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Xarici İşlər Naziri Fernando Aramayo Karrasko tərəfindən təmsil olunan Boliviya Çoxmillətli Dövləti Hökuməti və İsrail Dövlətinin Xarici İşlər Naziri Gideon Saar çərşənbə axşamı diplomatik münasibətlərin tam bərpa olunduğunu elan ediblər. Bu, uzunmüddətli dostluğun dirçəlişini və hər iki ölkə üçün elm, innovasiya, qida təhlükəsizliyi, turizm, texnologiya və mədəni diplomatiya kimi sahələrdə yeni imkanlar açdığını göstərən tarixi bir addımdır", - nazirliyin saytında bildirilir.
Məryəm Quliyeva