15:34
511
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkmənistana səfər proqramı açıqlanıb.
Bu barədə Türkiyə Prezidenti Adminstrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhaneddin Duran "X" platformasında paylaşım edib.
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistanın daimi bitərəflik statusunun 30-cu ildönümü və 2025-ci ilin BMT Baş Assambleyasının qərarı ilə “Beynəlxalq Sülh və Təhlükəsizlik İli” elan edilməsi münasibətilə təşkil olunacaq “Beynəlxalq Sülh və Təhlükəsizlik Forumu”nda iştirak etmək üçün 11–12 dekabr 2025 tarixlərində Türkmənistana səfər edəcək. Cənab Prezidentimiz bu münasibətlə “Beynəlxalq Sülh və Təhlükəsizlik Forumu”nda çıxış edəcək. Dövlət başçımız ev sahibi Türkmənistan başda olmaqla, Foruma qatılan ölkələrin Dövlət və Hökumət Başçıları ilə görüşlər keçirməyi də nəzərdə tutur",- deyə məlumatda bildirilib.