Rusiyada universitetdə partlayış olub, biri uşaq olmaqla 2 nəfər ölüb Dünya

Rusiyada universitetdə partlayış olub, biri uşaq olmaqla 2 nəfər ölüb

Perm Politexnik Universitetində partlayış baş verib.

Bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.

Partlayış nəticəsində biri 10 yaşlı uşaq olmaqla iki nəfər ölüb, üç nəfər xəsarət alıb.

Partlayışa ilkin səbəb kimi hidrodinamik stendin (mayelərin və qazların axınını öyrənmək üçün nəzərdə tutulmuş eksperimental qurğu) nasazlığı göstərilir, zərbə dalğası laboratoriyanın qapılarını qoparıb.