12:56
616
Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla danışıqlarından sonra Rusiya və ABŞ Alyaska sammitinin nəticələrinə sadiq qaldıqlarını bir daha təsdiqləyiblər.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Putinin Uitkoffla görüşündə Rusiya ilə ABŞ arasında anlaşılmazlıqlar aradan qaldırılıb.
Lavrov vurğulayıb ki, Putin və Uitkoff son görüşlərində Alyaska sammitindən sonra yaranan fasilə səbəbindən Rusiya ilə ABŞ arasındakı bütün anlaşılmazlıqları həll ediblər.