13:54
490
Özünü buraxan qondarma “Dağlıq Qarabağ Respublikası”nın İrəvandakı “nümayəndəliyi”ndə təxminən bir saatdır axtarış aparılır.
APA-nın Ermənistan mediasına istinadən xəbərinə görə, İstintaq Komitəsinin 10-dan çox əməkdaşı bəzi sənədləri axtarır.
Axtarışın məhkəmə qərarı ilə aparıldığı bildirilir. Eyni zamanda, kompüterlərdəki məlumatların araşdırıldığı qeyd olunub.
İstintaq Komitəsindən bildirilib ki, cinayət işi çərçivəsində zəruri istintaq hərəkətləri aparılır.