16:56
448
Rusiya ordusu bu gün günorta saatlarında Sumı vilayətinin Velıkopısarevska icmasında yerləşən mağazaya idarə olunan aviasiya bombası atıb. Nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Sumı Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorova istinadən məlumat yayıb.
“Velıkopısarevska icmasında ruslar mağazaya idarə olunan aviasiya bombası atıblar. Zərbə elə anda endirilib ki, mağazanın içərisində insanlar olub”, – Qriqorov bildirib.
Onun sözlərinə görə, hücum nəticəsində iki nəfər – satıcı və yerli sakin həlak olub. Onların meyitləti dağıntılar altından çıxarılıb. Mağazada olan digər iki nəfər yaralanıb.