Makron: Fransa Qrenlandiyaya quru, hava və dəniz qüvvələri göndərəcək
COVID-19-la mübarizə aparan həkimlərin maaşına əlavələrin verilmə müddəti uzadılıb
Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə birgə baxış keçirib
Füzulidə 49 yaşlı kişi və 28 yaşlı qardaşı oğlu avtomobildə dəm qazından boğularaq ölüb
12 Dekabr 2025 14:41
1 813
İlin sonuna qədər Ukrayna ABŞ-ın silah anbarlarından PURL proqramı vasitəsilə təxminən 5 milyard dollar dəyərində hərbi yardım alacaq.
APA xəbər verir ki, bunu NATO-nun baş katibinin müavini Radmila Şekerinska “Suspılne”yə müsahibəsində deyib.
“Hava hücumundan müdafiə sistemlərin böyük hissəsi məhz PURL vasitəsilə Ukraynaya çatır - bu, sözün əsl mənasında həyat və ölüm arasında fərqdir,” - Şekerinska bildirib.
Onun sözlərinə görə, logistika marşrutları Polşa və Rumıniyada yerləşən hablar vasitəsilə fasiləsiz işləyir, alınan silah, sursatın maliyyələşdirilməsini isə Avropa müttəfiqləri və Kanada təmin edir: “Proqrama artıq Avstraliya və Yeni Zelandiya da qoşulub.
Şekerinska vurğulayıb ki, təchizatın həcmli olmasına baxmayaraq, Ukraynaya həmişə daha çox hava hücumundan müdafiə sistemi lazımdır. Eyni zamanda, NATO ölkələrinin hərbi sənayeləri mövcud qıtlığı qarşılamaq üçün istehsalı artırır.
Qeyd edək ki, PURL NATO və ABŞ tərəfindən yaradılmış müttəfiqlərin maliyyə dəstəyi ilə Ukraynaya ABŞ silah və hərbi texnikasının alınmasının koordinasiyasını təmin edən birgə təşəbbüsdür.