Makron: Fransa Qrenlandiyaya quru, hava və dəniz qüvvələri göndərəcək
COVID-19-la mübarizə aparan həkimlərin maaşına əlavələrin verilmə müddəti uzadılıb
Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə birgə baxış keçirib
Füzulidə 49 yaşlı kişi və 28 yaşlı qardaşı oğlu avtomobildə dəm qazından boğularaq ölüb
15 Dekabr 2025 12:12
1 491
Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvilinin işi üzrə Tbilisi Şəhər Məhkəməsində sabaha təyin olunmuş ilkin dinləmə təxirə salınıb.
APA-nın yerli bürosu xəbər verik ki, bu barədə onun vəkili Amiran Qiquaşvili “TV Pirveli” kanalına bildirib.
Onun sözlərinə görə, prosesin təxirə salınması ilə bağlı Gürcüstanın Baş Prokurorluğu məhkəməyə müraciət edib.
“Prokurorluq müəyyən istintaq hərəkətlərinin aparılması üçün əlavə vaxt istəyib. Son tarix 12 fevral müəyyən olunub”, - vəkil əlavə edib.
Qeyd edək ki, Qaribaşvili xüsusilə külli miqdarda gəlirin leqallaşdırılmasında ittiham olunur. Tbilisi Şəhər Məhkəməsi oktyabrın 24-də onun barəsində bir milyon lari məbləğində girov qətimkan tədbiri seçib. Girovun əvəzinə onun Tbilisidəki mənzili müsadirə edilib.
Xatırladaq ki, Qaribaşvili Gürcüstanın Baş naziri vəzifəsini 2013-2015 və 2021-2024-cü illərdə tutub. O, 2024-cü ilin fevralın 1-də hakim “Gürcü Arzusu” partiyasının sədri seçilib, bu ilin aprelin 25-də vəzifəsini tərk edərək siyasətdən getdiyini bildirib.