UNOSSC Qlobal Cənub QHT Platforması barədə məlumatları rəsmi saytında yerləşdirib - FOTO
Ukrayna və ABŞ günün sonuna qədər sülhü yaxınlaşdıracaq razılığa gələ bilər
Aİ hibrid və kibertəhdidlərlə mübarizədə Ermənistanı dəstəkləməyə hazırdır
Gültəkin Hacıbəyliyə Türkiyədən deportasiya olunması ilə bağlı qərar təqdim olunub
18:19
581
Rusiyanın Perm vilayətində dağda itkin düşən 13 nəfər sağ tapılıb.
APA xəbər verir ki, bu barədə TASS axtarış-xilasetmə dəstəsinə istinadən məlumat yayıb.
“Altı nəfərdən ibarət olan ikinci qrup da daxil olmaqla hər kəs sağdır, hər kəs sağlamdır”, - məlumatda deyilir.
Rusiya İstintaq Komitəsinin Perm üzrə İstintaq İdarəsi 13 nəfərdən ibarət qrupun tapılması barədə məlumatları təsdiqləyib: "Rusiya istintaq orqanları tərəfindən açılan cinayət işinin istintaqı çərçivəsində 13 turistin yeri müəyyən edilib. Onların həyatı və sağlamlığı üçün heç bir şey təhlükə yoxdur”.
Rusiya Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, turistlər turbazadan 5 km məsafədə tapılıb, onların vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir.