“Müharibənin sonu parçalanma ola bilər”
16 Dekabr 21:33
16 Dekabr 21:33
16 Dekabr 21:13
16 Dekabr 20:12
16 Dekabr 18:38
08:15
588
ABŞ Böyük Britaniya ilə 40 milyard dollarlıq texnologiya müqaviləsini dayandırıb.
Bu barədə “Reuters“ və “Financial Times” qəzetləriməlumat yayıb.
Adı açıqlanmayan Britaniya rəsmiləri, müqavilənin ötən həftə ABŞ tərəfindən dondurulduğunu təsdiqləyiblər. Vaşinqtonun texnologiya tərəfdaşlığından kənar ticarət məsələlərində Böyük Britaniyadan güzəştlər tələb etdiyi bildirilir.
Ağ Ev hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Qeyd edək ki, ABŞ Böyük Britaniyanın ən böyük ticarət tərəfdaşıdır və ABŞ texnologiya şirkətləri ölkədəki əməliyyatlara milyardlarla dollar sərmayə qoymağa davam edir. Bununla belə, Tramp administrasiyası ticarət əlaqələrində daha çevik qaydalar və daha geniş bazara çıxış tələb edir.